İsrail “Aleppo” hava limanını vurubbackend

İsrail “Aleppo” hava limanını vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Hələbdəki “Aleppo” beynəlxalq hava limanına hücum edib.

Editor.az bildirir ki, bu barədə Suriyanın “Əl-İxbariyyə” telekanalı xəbər verir ki, Daha sonra Suriya Müdafiə Nazirliyi bildirib ki, dəyən ziyana görə Hələb hava limanı işləri dayandırıb. İsrail hələlik bu bəyanatlara münasibət bildirməyib.

Müdafiə Nazirliyinin məlumatına görə, zərbə yerli vaxtla saat 2:07-də vurulub, nəticədə hava limanı sıradan çıxıb”, – agentliyin açıqlamasında bildirilir. Qeyd edək ki, fevralın 19-da Suriya Müdafiə Nazirliyi İsrailin Dəməşqə raket zərbələri endirdiyini açıqlayıb.

Rəsmilərin bildirdiyinə görə, zərbələr nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb. AFP Suriya İnsan Haqları üzrə Monitorinq Mərkəzinin məlumatlarına istinadən 15-ə yaxın adamın öldüyünü yazıb. Dəməşq rəsmiləri də hücum nəticəsində şəhərdəki tarixi binalara ziyan dəydiyini bildiriblər.

  //Samir Qurbanov, Editor.az