İsrail aviasiyası İsrail şəhərini bombaladıbackend

İsrail aviasiyası İsrail şəhərini bombaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi texniki nasazlıq səbəbindən İsrail ərazisinə bombalar atıb.

Təyyarə Qəzza səmasında döyüş uçuşu həyata keçirirmiş. “Bir müddət əvvəl Qəzza zolağına hücum zamanı döyüş təyyarəsindən atılan sursat texniki nasazlıq nəticəsində İsrailin sərhəd şəhəri Nir Yitzhakda açıq əraziyə düşüb”, – IDF sözçüsü bildirib.

İsrail ordusunun mətbuat xidmətindən verilən açıqlamaya görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

//Samir Qurbanov, Editor.az