İsrail aviasiyası Livanın şərqində yerləşən Bekaa vadisində bir sıra yaşayış məntəqələrinə zərbələr endirib.
Azı 60 nəfər həlak olub. Hücumda pilotsuz təyyarələr də iştirak edib. “Hazırda 61 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb”, – agentliyin mənbəsi bildirib.
Davam edən atışlar səbəbindən bir neçə məntəqədə axtarış-xilasetmə işləri çətinləşib. Bəzi yaşayış məntəqələrində dağıntıların təmizlənməsi davam edir, onların altında sağ qalanlar olaə bilər. “Əl Cədid” telekanalının məlumatına görə, ən çox qurbanlar Budai, Ram, Əl-Allaq və Əl-Hafir qəsəbələrində qeydə alınıb.
//Samir Qurbanov, Editor.az

