İsrail Beyruta hücumları bərpa edibbackend

İsrail Beyruta hücumları bərpa edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri (IDF) Beyrut ətrafında Livan “Hizbullah” hərəkatının yeraltı anbarına zərbə endirib.

Anbar Beyrutda “Hizbullah”ın əsas qalası olan Dahiya rayonunda yerləşir”, – İsrail ordusu Telegram-da bildirib. Ümumilikdə, İsrail ordusu Livandakı 140 hədəfi vurub. Bunlara silah anbarları, buraxılış qurğuları və digər “terror infrastrukturu” daxildir.

“Əl-Cəzirə” xəbər verir ki, “Hizbullah” İsrailin şimalına dörd raket hücumu təşkil etdiyini açıqlayıb. Hərəkatın məlumatına görə, İsrail artilleriyasının mövqeləri də hücuma məruz qalıb və Livandan ölkəyə 50 mərmi atıldığı bildirilib.

//Samir Qurbanov, Editor.az