İsrail Müdafiə Qüvvələri (IDF) davam edən “Şimal oxları” əməliyyatı çərçivəsində Livandakı “Hizbullah” infrastrukturuna yeni zərbələr seriyası elan edib.
İsrail ordusu Livanın paytaxtı Beyruta “cərrahi zərbə” endirib. Gün ərzində Livanın şərqindəki Bekaa vadisində yerləşən “Hizbullah” hədəflərinə və Livanın bəzi cənub bölgələrinə də zərbələr endirilib.
“Hədəflər arasında komanda mərkəzləri, silahların saxlandığı binalar və digər terror infrastrukturları olub”, – deyə İDF Telegram-da yazıb. İsrail ordusu əlavə edib ki, zərbələr nəticəsində Livanda ikinci dərəcəli partlayışlar qeydə alınıb ki, bu da zərərçəkmiş binalarda silahların saxlandığını göstərir.
//Samir Qurbanov, Editor.az