İsrailin müdafiə naziri Yoav Qalant ABŞ rəsmiləri ilə bəzi mərkəzi ölkələrlə normallaşmanı müzakirə etdiyini bildirib.
Editor.az xarici mediaya istinadən bildirir ki, nazir bu barədə sosial media hesabında paylaşım edib.
ABŞ rəsmiləri ilə “İbrahim razılaşmalarının” bəzi mərkəzi ölkələri də əhatə edəcək şəkildə genişləndirilməsi məsələsini müzakirə etdiklərini bildirən Qalant sözügedən ölkələrlə bağlı məlumat verməyib.
İranın regionda sabitliyi pozan addımları barədə ABŞ rəsmiləri ilə danışdığını söyləyən nazir, İsrailin təhdidlərə qarşı özünü müdafiə edəcəyini vurğulayıb.
Son zamanlar mediada İsrailin Səudiyyə Ərəbistanı ilə normallaşmaya yaxınlaşdığına dair iddialar da var.
Onu da qeyd edək ki, 2020-ci ildən etibarən ABŞ-ın keçmiş prezidenti Donald Trampın vasitəçiliyi ilə bəzi ərəb ölkələri ilə İsrail arasında “İbrahim razılaşmaları” ilə normallaşma prosesinə başlanılıb.
//Safura Bənnayeva, Editor.az

