İsrail BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı ilə əlaqələri kəsibbackend

İsrail BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı ilə əlaqələri kəsib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) ilə münasibətlərini tamamilə kəsib.

Editor.az xəbər verir ki,  BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının müavini Nada Əl-Naşif bildirib. Onun sözlərinə görə, İsrail insan haqlarını izləyən və müdafiə edən agentliyin İordan çayının qərb sahilindəki ofisini yenidən açmasına icazə verməyib.

Bundan əlavə, İsrail tərəfi əməkdaşlarının Qəzza zolağına daxil olmasına icazə vermir. Onun sözlərinə görə, OHCHR-in viza sorğularına artıq cavab verilmir və yalnız təşkilatın bəzi humanitar işçiləri bu vizanı ala bilirlər. “Bizim artıq İsraillə siyasi əlaqələrimiz yoxdur, onlar əlaqələri tamamilə kəsiblər”, – Əl-Nəşif bildirib.

//Gülnarə Abasova, Editor.az