İsrailin xarici işlər naziri İsrael Katz İsrail ordusunun İsraildəki BMT sülhməramlı qüvvələrini (UNIFIL) atəşə tutmasını “qəza” adlandırıb.
Onun sözlərinə görə, UNIFIL mövqelərinə hücumlar İsrail siyasətinin bir hissəsi deyil. “Biz indi problemi həll etməyə çalışırıq. IDF UNIFIL ilə danışıqlar aparır və Xarici İşlər Nazirliyi də problemin həlli üçün danışıqlar aparır. Əsas problem odur ki, “Hizbullah” UNIFIL bazalarına çox yaxın ərzidə İDF-yə qarşı fəaliyyət göstərir”, – deyə Katz Almaniyanın “Welt” qəzetinə müsahibəsində deyib. O qeyd edib ki, UNIFIL hərbi əməliyyatlardan zərər çəkmiş ərazini tərk etmək istəmir.
Xatırladaq ki, oktyabrın 16-da UNIFIL bildirib ki, İsrail hərbçiləri Livanın cənubundakı Kafr Kela şəhəri yaxınlığında sülhməramlıların gözətçi qülləsini “Merkava” tankından atəşə tutub. Atışma nəticəsində iki kamera tamamilə dağılıb, qüllənin özü isə xeyli ziyan görüb.
İsrailin xarici işlər naziri İsrael Katz İsrail ordusunun İsraildəki BMT sülhməramlı qüvvələrini (UNIFIL) atəşə tutmasını “qəza” adlandırıb. Onun sözlərinə görə, UNIFIL mövqelərinə hücumlar İsrail siyasətinin bir hissəsi deyil. “Biz indi problemi həll etməyə çalışırıq. IDF UNIFIL ilə danışıqlar aparır və Xarici İşlər Nazirliyi də problemin həlli üçün danışıqlar aparır. Əsas problem odur ki, “Hizbullah” UNIFIL bazalarına çox yaxın ərzidə İDF-yə qarşı fəaliyyət göstərir”, – deyə Katz Almaniyanın “Welt” qəzetinə müsahibəsində deyib.
O qeyd edib ki, UNIFIL hərbi əməliyyatlardan zərər çəkmiş ərazini tərk etmək istəmir.
Xatırladaq ki, oktyabrın 16-da UNIFIL bildirib ki, İsrail hərbçiləri Livanın cənubundakı Kafr Kela şəhəri yaxınlığında sülhməramlıların gözətçi qülləsini “Merkava” tankından atəşə tutub. Atışma nəticəsində iki kamera tamamilə dağılıb, qüllənin özü isə xeyli ziyan görüb.
//Samir Qurbanov, Editor.az

