İsrail böyük itki verdibackend

İsrail böyük itki verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 22-də Fələstinin HƏMAS hərəkatının Qəzza zolağına hücumu nəticəsində 21 İsrail) əsgəri həlak olub.

Editor.az “The Times of Israel”ə istinadən bildirir ki, bu, Qəzza zolağında quru əməliyyatı başlayandan bəri SAXAL-ın ən eyni vaxtda verdiyi ən böyük itkidir.

HƏMAS yaraqlıları İsrail sərhədindən təxminən 600 metr aralıda Qəzza zolağında döyüş tapşırığı yerinə yetirərkən İsrail əsgərlərinə hücum ediblər. İsrail əsgərləri bufer zona yaratmaq üçün oradakı iki ikimərtəbəli binanı partlatmaq üçün minalayıblar.

Bu zaman HƏMAS yaxınlıqdakı tankı reaktiv qumbaraatanlardan atəşə tutaraq, binalardakı minaların partlamasına nail olub. Ölən əsgərlərin çoxu ehtiyatda olan əsgərlər olub.

“SAXAL bununla bağlı araşdırmaya başlayıb. Biz lazımi dərsləri götürməli və əsgərlərimizin həyatını xilas etmək üçün hər şeyi etməliyik. Qəhrəmanlarımızın adına, həyatımız üçün mütləq qələbəyə qədər mübarizəmizi dayandırmayacağıq”, – İsrailin baş naziri Benyamin Netanyahu hadisəni şərh edib. Dünən, yanvarın 22-də Qəzza zolağının cənubunda gedən döyüşlər zamanı daha üç İsrail əsgəri həlak olub. Beləliklə, bir gündə İsrailin itkiləri 24 nəfər təşkil edib. Ümumilikdə, İsrail əməliyyat başlayandan bəri 219 hərbçisini itirib.

//Samir Qurbanov, Editor.az