İsrail xüsusi təyinatlıları Livanın cənubunda reydlər keçirərək, mümkün quru müdaxiləsinə hazırlıq məqsədilə kəşfiyyat məlumatları toplayır.
Yerüstü hücum çox güman ki, bu həftə baş tutacaq. “The Wall Street Journal”ın məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, əməliyyatlar zamanı qırıcılar Livan-İsrail sərhədi boyunca “Hizbullah” tunellərinə daxil olur. Belə reydlər bir neçə aydır davam edir. Mənbələr bildiriblər ki, bu addımlar İsrailin Livan sərhədində “Hizbullah”ın hərbi imkanlarını zəiflətmək üçün daha geniş strategiyasının bir hissəsidir, lakin quru əməliyyatlarının vaxtı ABŞ-ın təzyiqi altında dəyişə bilər.
Bununla belə, İsrailin dəqiq planları, Təl-Əvivin ərazini nə qədər müddətə saxlayacağı və ya əməliyyatın bir sıra iri reydlər keçirib-keçməyəcəyi məlum deyil. Eyni zamanda, keçmiş yüksək rütbəli İsrail hərbi zabiti Əmir Avivi quru işğalını “qaçılmaz” adlandırıb və hazırkı reydlər hazırlıq tədbirlərinin bir hissəsidir. Onun sözlərinə görə, İDF mümkün yerüstü əməliyyatlara, o cümlədən xüsusi bölmələrdən istifadəyə fəal şəkildə hazırlaşır.
//Samir Qurbanov, Editor.az