İsrail bu şansı əldən verməyəcək: “Qəzza zolağına tam sahib olmayınca…”- ŞƏRHbackend

İsrail bu şansı əldən verməyəcək: “Qəzza zolağına tam sahib olmayınca…”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrail 2001-ci il 11 sentyabr ABŞ-ın əkiz qüllələrə edilən hücumun eynisini yaşayır. Bu, İsrail dövlətinin və xalqının varlığına son qoyulması üçün edilən hücumdur.

ABŞ “11sentyabr” hücumundan sonra dünyanın artıq əvvəlki kimi olmayacağını elan etdiyi kimi, indi İsrail də Yaxın Şərqin əvvəlki kimi olmayacağını bildirib”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Politoloq bildirib ki, Qəzza zolağı İsrail üçün təhdid olmaqdan çıxmalıdır:

” HƏMAS-ın vəhşicəsinə İsrailə hücumundan sonra son nəticə bu olmalıdır. Bunu İsrail rəsmiləri artıq bəyan ediblər. İsrail rəsmiləri bu terrorçuları “heyvan” adlandırıb. İsrail kəşfiyyat orqanlarının; MOSSAD və hərbi kəşfiyyatın
bu hücumdan xəbər tutmaması faktı mübahisəli məsələdir. Misir kəşfiyyatının ən azı İsrailə belə bir xəbərdarlıq etdiyi deyilir. İsrail kəşfiyyatı isə onlarda belə bir məlumat olmadığını deyiblər. Görünən odur ki, MOSSAD-ın və ya digər kəşfiyyat orqanlarının bundan məlumatı olub. Dəqiq qəbul etmək olar ki, İsrail kəşfiyyatı bu xəbəri yoxlayıb və belə bir hücumun hazırlandığını bilib. Böyük ehtimalla, onun indiki qədər güclü və ciddi nəticələr verə biləcəyini düzgün hesablamayıblar və ya özlərinə arxayınçılıq buna mane olub. Ən azı iki ərazini ayırıcı divarlara yaxınlaşma zamanı son anda belə bundan xəbər tutmaq üçün hər cür imkanları olan İsrail dövləti bunun qarşısını ala bilməyib və ya almaq istəməyib. Məsələ ondadır ki,
İsrail daxili problemlərin və siyasi hakimiyyətin daxili problemlərlə qarşılaşdığı bir dövrdə belə bir hücum İsrail xalqını daxili problemlərdən ayırıb, xarici düşmənə qarşı birləşməsini təmin edə bilərdi ki, bu baxımdan, hakimiyyət bu hücuma şərait yarada bilərdi. Həqiqətən də bu, belə oldu. Amma çox böyük ehtimalla, nəticənin bu qədər ağır və qanlı olacağını heç kim gözləməyib. Hesab edirəm ki, artıq İsrail dövləti hər nə səbəbdən olursa-olsun bu terror aktından çox ciddi zərbə alıb və kəşfiyyat orqanlarının reputasiyası zədələnib. Bundan sonra İsrail dövləti bu zərbəni öz xeyrinə dəyişmək üçün Qəzza zolağının fələstinli əhalisini birdəfəlik ərazidən qovmaq üçün şans əldə edib və bu şansını əldən verməyəcək. Qəzza zolağına tam sahib olmayınca əməliyyatları dayandırmayacaq”.

//Gülnarə Abasova, Editor.az