İsrail iki səbəbdən Ukraynaya silah vermək istəmir.
Editor.az bildirir bunu İsrailin baş naziri Benyamin Netanyahu “The Jerusalem Post” qəzetinə müsahibəsində deyib.
O qeyd edib ki, Ukraynaya hərbi yardım məsələlərində İsrail ilkin olaraq xüsusi vəziyyətdədir və bu, Polşa, Almaniya, Fransa və Ukraynanın digər tərəfdaş ölkələrinin mövqeyindən fərqlənir. “Rusiya ilə möhkəm hərbi “sərhədimiz” var. Pilotlarımız Suriya səmasında rus pilotları ilə bərabər uçur.
Məncə, İranın şimal sərhədimizdə hərbi mövqelər yaratmaq cəhdlərinə qarşı hərəkət azadlığımızı qoruyub saxlamağımız vacibdir”, – Netanyahu izah edib. Ukraynaya silah verilməməsinin ikinci səbəbi, onların döyüş meydanında Rusiya üçün hərbi torofeyə çevrilməsi və daha sonra İsrailin özünə qarşı istifadə etməyə çalışacaq İrana veriləcəyi qorxusudur. “Bu nəzəri ehtimal deyil. İndi sərhədlərimizdə tapdığımız Qərbin tank əleyhinə silahları ilə də məhz belə olub. Ona görə də burada çox diqqətli olmalıyıq”, – baş nazir bildirib. Netanyahunun sözlərinə görə, yuxarıda göstərilənləri nəzərə alaraq, İsrail “balanslı yanaşma”nı davam etdirmək və ehtiyatlı olmaq niyyətindədir.
//Samir Qurbanov,Editor.az

