İsrail COVID-19-la mübarizə çərçivəsində milli təlimlər keçirəcək – DÜNYADA İLKbackend

İsrail COVID-19-la mübarizə çərçivəsində milli təlimlər keçirəcək – DÜNYADA İLK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 11-də İsrail dünyada ilk olaraq koronavirusun yayılması ilə mübarizə fonunda milli təlim keçirəcək.

Bu barədə çərşənbə günü İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, milli təlimlərin keçirilməsində məqsəd COVID-19-un yeni variantının potensial yayılmasına hazırlığını yoxlanılmasıdır.

 

Təlimlərə Baş nazir Naftali Bennet rəhbərlik edəcək.

Təlimlər aidiyyəti nazirlik və idarələrin rəhbər heyətinin iştirakı ilə “komanda-qərargah oyunu” formatında keçiriləcək. Nəticələrə əsasən, nazirlər və idarələrarası səviyyələrdə qiymətləndirmələr aparılacaq, məlumatlar təhlil ediləcək və müvafiq tövsiyələr təqdim olunacaq.

//lent.az