İsrail Daxili İşlər Nazirliyi Böyük Britaniyadan olan deputatların ölkəyə girişini qadağan etdibackend

İsrail Daxili İşlər Nazirliyi Böyük Britaniyadan olan deputatların ölkəyə girişini qadağan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Daxili İşlər Nazirliyi Böyük Britaniyanın Leyboristlər Partiyasından olan iki deputatın ölkəyə girişini qadağan edib.

Editor.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti yazır. Millət vəkilləri Yuan Yang və Abtisam Mohamed İngiltərənin Luton şəhərindən iki köməkçisi ilə birlikdə İsrailə gəliblər. Ben Qurion hava limanında gələn nümayəndə heyəti dindirilib. Nəticədə, ölkənin Əhali və Miqrasiya İdarəsi iddia edib ki, onların səfərlərinin məqsədləri “İsrail təhlükəsizlik qüvvələrinin hərəkətlərini sənədləşdirmək və İsrailə qarşı nifrət nitqi yaymaq” olub.

Qəzet aydınlaşdırır ki, İsrail agentliklərinin heç biri nümayəndə heyətinin gəlişini rəsmən təsdiqləməyib. Nəticədə İsrailin daxili işlər naziri Moşe Arbel hər dörd şəxsin ölkəyə girişini qadağan etmək qərarına gəlib.

//Samir Qurbanov, Editor.az