İsrail dayanmayacaq – Baş nazir Benyamin Netanyahubackend

İsrail dayanmayacaq – Baş nazir Benyamin Netanyahu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin İkinci Dünya Müharibəsində olduğu kimi, yəhudilərin məhv edilməsini istəyən düşmənlərlə üz-üzə olduğunu bildirib.

O, bütün ölkələrin liderlərinə müraciət edərək qeyd edib ki, İsrail təzyiqlərə baxmayaraq, özünü müdafiə etməkdən əl çəkməyəcək: “Mən bütün dünya liderlərinə bəyan edirəm: nə təzyiq olursa olsun, istənilən beynəlxalq forumda hansı qərarlar qəbul olunursa olunsun, İsrail özünü müdafiə etməkdən əl çəkməyəcək.

Yeganə yəhudi dövləti olan İsrailin baş naziri kimi mən bu gün Qüdsdən Holokostu Anma Günündə söz verirəm: İsrail təkbaşına dayanmağa məcbur olarsa, təkbaşına dayanacaq”, – deyə Netanyahu bildirib.

Eyni zamanda o qeyd edib ki, dünyada İsraili dəstəkləyənlər çoxdur. İsrailin baş naziri bu sözləri Holokost və yəhudi xalqının İkinci Dünya Müharibəsində göstərdiyi qəhrəmanlıqların anım günü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı deyib. Onun sözləri baş nazirin saytında yer alıb. Hökumət başçısı qeyd edib ki, 80 il əvvəl yəhudi xalqı onları məhv etmək istəyənlərə qarşı “tamamilə müdafiəsiz” idi və “heç bir ölkə onlara kömək etmədi”.

//Samir Qurbanov, Editor.az