İsrail Dəməşq Beynəlxalq Hava Limanını vurdu, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xeyli sayda əsgəri öldübackend

İsrail Dəməşq Beynəlxalq Hava Limanını vurdu, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xeyli sayda əsgəri öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Suriyada Dəməşq Beynəlxalq Hava Limanına endirdiyi hava zərbəsi nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 11 üzvü həlak olub.

Editor.az bildirir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı mənbələrə istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, ölən silahlılar yüksək rütbəli nümayəndə heyətini qarşılamaq üçün hava limanına gəliblər.
“Əl-Ərəbiyyə” bildirir ki, ölən İİKK üzvləri Suriyanın şərqində İranın dəstəklədiyi qüvvələrə cavabdeh olublar. Bu gün, dekabrın 29-na keçən gecə Suriyanın SANA agentliyi İsrailin Dəməşq yaxınlığındakı bir sıra mövqelərə zərbə endirdiyini bildirib.

Agentliyin məlumatına görə, Suriyanın hava hücumundan müdafiəsi İsrail raketlərinin əksəriyyətini vurub. İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumatı təsdiqləməyib. Xatırladaq kİ, dekabrın 25-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli generalı, uzun illər Suriyada hərbi məsləhətçi işləmiş Seyid Razi Musəvi Dəməşqdə endirilən zərbə nəticəsində öldürülmüşdü. Zərbəni İsrail Hərbi Hava Qüvvələri həyata keçirmişdi. SEPAH İsraildən qisas alacağına söz verib.

//Samir Qurbanov, Editor.az