İsrail ordusu Dəməşq yaxınlığındakı hədəflərə hava zərbələri endirib.
Raketlərin bir hissəsinin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu iddia edilir. İtkilər barədə məlumat verilmir.
Editor.az Suriya Müdafiə Nazirliyinin məlumatına istinadən bildirir k, hücum Qolan təpələrindən həyata keçirilib. Nəticələr maddi ziyanla məhdudlaşıb, Suriya Müdafiə Nazirliyinin Facebook-da verdiyi açıqlamada deyilir. İsrail məlumatı şərh etməyib.
Qeyd edək ki, Qəzza zolağında müharibə başlayandan bəri Suriya tez-tez İsrailin atəşinə məruz qalır. İsrail hücumları Suriya ərazisində “terror infrastrukturunun” olması ilə izah edir. Müvəqqəti olaraq fəaliyyətini dayandıran Dəməşq və Hələb hava limanları da hücuma məruz qalıb.
//Samir Qurbanov, Editor.az

