İsrail döyüş təyyarələri Qəzzanı bombalayıb- Bölgədə yenidən gərginlik artıbbackend

İsrail döyüş təyyarələri Qəzzanı bombalayıb– Bölgədə yenidən gərginlik artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

May ayında Qəzzada gedən döyüşləri dayandıran atəşkəsdən sonra bölgədə yenidən gərginlik yaranır.

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında Həmasın mövqelərini bombalayıb.

Editor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail ordusu tərəfindən verilən açıqlamada bombalamanın Qəzza zolağından göndərilən yanğına səbəb ola biləcək yanan toplara cavab olaraq həyata keçirildiyi bildirilib. Ölən və yaralanan olmayıb.

Qəzza tərəfindən də ölüm və yaralanma ilə bağlı heç bir məlumat yoxdur.

İsrailin may ayında Qəzzanı 11 günlük şiddətli bombardman etməsindən sonra Misirin vasitəçiliyi ilə atəşkəs imzalanıb. İsrail ordusu o gündən bəri Qəzzadan yanıcı maddələr daşıyan topların zaman zaman İsrail tərəfinə göndərildiyini söyləyir.

İsrail tərəfindən hər dəfə yanan toplara cavab verildiyi bildirilir.

//Gülnarə Abasova, Editor.az