İsrail döyüş təyyarələri Qəzzaya hava zərbələri endiribbackend

İsrail döyüş təyyarələri Qəzzaya hava zərbələri endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail döyüş təyyarələri mühasirədə olan Qəzza zolağına hava zərbələri endirib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçay Adraee Tvitter hesabından verdiyi açıqlamada döyüş təyyarələrinin bu gecə Qəzzanın ortasında Həmas-ın raket istehsalı xammalının yerləşdiyi bir nöqtəni hədəf aldığını bildirib. Adraee qeyd edib ki, hücum 11 fevral şənbə günü Qəzzadan İsrailə atılan raket səbəbindən baş verib. Hava hücumunun HƏMAS-ın silahlanma səylərini maneə törətmək məqsədi daşıdığını bildirən Adraee, İsraili hədəf alan təhlükəsizlik pozuntusu əməliyyatlarının əvəzinin ödəniləcəyi ilə hədələyib.

Qəzzada olan şahidlər İsrailin hava zərbələrini təsdiqləyərək bombalanan ərazilərdə və onların yaxın ətraflarında maddi ziyanın olduğunu bildiriblər. Şəhərin Səhiyyə Nazirliyi hücum nəticəsində ölən və ya yaralananların olub-olmaması ilə bağlı hələlik açıqlama verməyib.

//Gülnarə Abasova, Editor.az