İsrail “Əl-Cəzirə”ni bağladıbackend

İsrail “Əl-Cəzirə”ni bağladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail hökuməti Qətərin ölkəsindəki “Əl-Cəzirə” telekanalını bağladığını elan edib.

Editor.az xəbər verir ki, bu barədə İsrailin dövlət radiosu “Kan” xəbər verib. Qeyd olunur ki, ölkə hakimiyyəti bu qərarları İsrailin təhlükəsizliyinə zərər vuran yayım şirkətləri ilə bağlı verib.

Bundan əvvəl İsrailin rabitə naziri Şlomo Karhi “Əl-Cəzirə” kanalını bağlamağa çağırmışdı. Çağırış “Mossad” kəşfiyyat xidməti tərəfindən dəstəklənmişdi. Xatırladaq ki, departament rəhbəri kanalı HƏMAS-a dəstək verməkdə ittiham edib və onun hərəkətləri İsrail ordusu əsgərlərini riskə atıb.

//Samir Qurbanov, Editor.az