İsrail Əl-Mağazi qaçqın düşərgəsini vurdu: çox sayda ölü və yaralı varbackend

İsrail Əl-Mağazi qaçqın düşərgəsini vurdu: çox sayda ölü və yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

CNN yazır ki, İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağının mərkəzi hissəsindəki Əl-Mağazi qaçqın düşərgəsinə hava zərbəsi endirib.

Telekanalın həkimlərə istinadən verdiyi məlumata görə, yeddi uşaq olmaqla 13 nəfər ölüb. Daha 25 nəfər yaralanıb. CNN jurnalistlərin hadisə şahidindən əldə etdiyi videoya da istinad edir.

Görüntülərdə düşərgədəki bir neçə yaralı, eləcə də müxtəlif istiqamətlərə qaçan insanlar görünür. Fələstinin WAFA xəbər agentliyi zərbə nəticəsində 11 nəfərin öldüyünü bildirib. Agentliyin məlumatına görə, Qəzza zolağının şimalında bir neçə yaşayış binası da atəşə tutulub.

HƏMAS xəbər verir ki, 2023-cü ilin dekabrında Əl-Məğazi qaçqın düşərgəsi də İsrail ordusu tərəfindən atəşə tutulub. Silahlıların nəzarətində olan anklavın Səhiyyə Nazirliyinin məlumatına görə, 70-ə yaxın adam həlak olub.

//Samir Qurbanov, Editor.az