İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Əl-Tabain məktəbinə endirilən zərbələr nəticəsində 19 Fələstinli HƏMAS və İslami Cihad yaraqlısının öldürüldüyünü bildirib.
Bundan əvvəl media avqustun 10-na keçən gecə məktəbə hücum nəticəsində 100-ə yaxın insanın öldüyü barədə məlumat yaymışdı. “Zərbədən əvvəl mülki şəxslərə zərər vurma riskini azaltmaq üçün kiçik döyüş başlığı, havadan müşahidə və kəşfiyyat məlumatlarının toplanması da daxil olmaqla çoxsaylı tədbirlər görülüb”, – deyə İDF-nin mətbuat xidməti məlumat yayıb.
Məktəbə hücumun üç növ silahdan stifadə olunduğu qeyd edilir. HƏMAS düşünürdü ki, onlar “məktəbə zərər verə bilməzlər”. Bundan əlavə, terrorçuların yerləşdiyi kompleksə elə ciddi ziyan dəyməyib”, – İsrail ordusu iddia edir.
Xatırladaq ki, avqustun 10-a keçən gecə İsrail ordusu Qəzza zolağında Əl-Tabain məktəbinə zərbə endirdiyini bildirib. İsrail hərbçiləri bunu binada HƏMAS hərəkatının komanda mərkəzinin yerləşdiyi ilə izah ediblər.
//Samir Qurbanov, Editor.az