İsrail ələ keçirdiyi Rusiya istehsalı silahları Ukraynaya verəcəkbackend

İsrail ələ keçirdiyi Rusiya istehsalı silahları Ukraynaya verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail xarici işlər nazirinin müavini Şarren Haskel İsrail ordusunun Livan, Qəzza zolağı və İordan çayının qərb sahilində yaraqlılardan ələ keçirdiyi Rusiya istehsalı olan silahların Ukraynaya təhvil verilməsini təklif edib.

“The Times of Israel” yazır ki, bu təklif artıq Ukrayna səfiri Yevgeni Korniyçuk tərəfindən dəstəklənib və o, ölkələrin ümumi düşmənlərinin olduğunu qeyd edib.

Onun sözlərinə görə, terror təşkilatlarında Rusiya silahlarının olması Moskvanın İranı, “Hizbullah”ı və HƏMAS-ı dəstəklədiyini sübut edir: “İsrail dövlətinin oyanması və Rusiyanın pərdə arxasında, şər oxundakı tərəfdaşları vasitəsilə İsrailə qarşı aqressiv davrandığını və Ukrayna ilə İsrailin eyni düşmənlərlə vuruşduğunu anlaması üçün başqa nə lazımdır”.

//Samir Qurbanov, Editor.az