İsrail əsgərləri diplomatlara xəbərdarlıq atəşi açıbbackend

İsrail əsgərləri diplomatlara xəbərdarlıq atəşi açıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün müxtəlif ölkələrdən bir qrup diplomat İordan çayının qərb sahilindəki Cenin şəhərinə səfər ediblər.

Editor.az xəbər verir ki, diplomatlar yaxınlaşarkən İsrail əsgərləri xəbərdarlıq atəşi açıb. Qrupa Rusiya, Aİ, Böyük Britaniya, Çin, Braziliya və bir sıra digər ölkələrdən nümayəndələr daxil olub. Heç kim xəsarət almayıb.

İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, diplomatlar razılaşdırılmış marşrutdan kənar aktiv döyüş əməliyyatları bölgəsinə keçiblər, buna görə də orada fəaliyyət göstərən İsrail əsgərləri onları ərazini tərk etmələri üçün xəbərdarlıq atəşi açıb.

“IDF yaranmış hər hansı narahatçılığa görə təəssüflənir”.

Fələstin Administrasiyası öz növbəsində İDF-nin akkreditə olunmuş diplomatik nümayəndə heyətinə qəsdən atəş açdığını bildirib.

//Samir Qurbanov, Editor.az