İsrail əsgərləri xəstəxanaya kamikadze robotlarla hücum edib – “Əl-Cəzirə”backend

İsrail əsgərləri xəstəxanaya kamikadze robotlarla hücum edib – “Əl-Cəzirə”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əl-Cəzirə” telekanalı xəbər verir ki, İsrail əsgərləri Qəzza zolağının şimalında yerləşən Kamal Advan xəstəxanasına kamikadze robotlarla hücum edib.

İsrail Müdafiə Qüvvələri (IDF) ilk dəfədir ki, Fələstin anklavında belə cihazlardan istifadə edir. Telekanalın məlumatına görə, İsrail hərbçiləri xəstəxananı da tanklardan atəşə tutur və zərbələr endirmək üçün pilotsuz təyyarələrdən istifadə edir. Materiala görə, tibb müəssisəsində yeni doğulmuş körpələr də daxil olmaqla 400-ə yaxın mülki şəxs var. Atəşə məruz qalan mülki əhalinin təxliyəsi çətinləşib. Xəstəxananın direktoru Hussam Abu Safiyah bildirib ki, iki hərbi robot obyektin yaxınlığında partlayıb, binaya ziyan vurub və 20-yə yaxın adam yaralanıb.

Bundan əlavə, Deyr əl-Balahın mərkəzində humanitar yardım daşıyan konvoya pilotsuz təyyarənin hücumu zamanı 4 nəfər həlak olub. Son 24 saat ərzində İDF-nin zərbələri nəticəsində ölənlərin sayı 26-ya çatıb.

//Samir Qurbanov, Editor.az