“İsrail-Fələstin müharibəsi bəşər tarixinə insani fəlakətlər bəxş etdi”- AÇIQLAMAbackend

“İsrail-Fələstin müharibəsi bəşər tarixinə insani fəlakətlər bəxş etdi”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəzi bölgə dövlətlərinin səyləri ilə İsrail-Fələstin müharibəsində bir neçə günlük atəşkəs elan olunması yeni bir mərhələnin başlanması kimi qiymətləndirilə bilər”.

Bu sözləri Editor.az-a İsrail-Fələstin müharibəsi ilə bağlı şərh verərkən siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, bir neçə ölkələri vasitəçiliyi ilə atəşkəs elan olunduqdan sonra nəhayət BMT də iki günlük əlavə atəşkəs möhləti ala bildi:

“Bu atəşkəs 2 aya yaxın dəhşətli gərginliyin hökm sürdüyü bölgədə müvəqqəti də olsa nəfəs almağa və dayanıqlı atəşkəsin vacibliyinə töhfə verəcək. Təbii ki, hadisələrin başlandığı ilk mərhələ bəşər tarixinə heç vaxt unudulmayacaq cinayətlər və insani fəlakətlər bəxş etdi. Burada heç kimin günahı və cəzasından keçmək mümkün deyil. Amma dünya dövlətlərinin məsələyə ilkin və indiki reaksiyası arasında xeyli dərəcədə fərqlər mövcuddur.
Region dövlətlərinin İsrail-Fələstin məsələsinə qarşı mövqeyi xeyli dərəcədə dəyişilib və nəyin bahasına olursa, olsun mübarizənin azından bölgə müharibəsinə çevrilməsinin qarşısını almaq üçün ciddi iradə ortaya qoyurlar”.

//Səbinə Hüseynli, Editor.az