İsrail-Fələstin müharibəsi “İslam-Xristian müharibəsi”nə çevrilə bilər – İsrail Müdafiə və Təhlükəsizlik Forumu analitik mərkəzinin ekspertibackend

İsrail-Fələstin müharibəsi “İslam-Xristian müharibəsi”nə çevrilə bilər – İsrail Müdafiə və Təhlükəsizlik Forumu analitik mərkəzinin eksperti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq bir neçə gündür Almaniyada islamçı və antisemit nümayişləri keçirilir. Onlardan birində – Essendə islamçılar Almaniyada xilafət elan etməyə çağırıb, əllərində İŞİD və “Taliban”dan bəhs edən plakatlar qaldırıblar. “Fələstinlilərin dostları” Qəzza zolağında deyil, kafirlərlə dini müharibədə – cihadda maraqlıdırlar. Bu baxımdan ən radikal islamçılar öz güclərini genişləndirmək üçün Yaxın Şərqdəki müharibədən istifadə edirlər.

Editor.az bildirir ki, bunu İsrail Müdafiə və Təhlükəsizlik Forumu analitik mərkəzinin islamçılıq üzrə eksperti Eran Lahav “Bild”ə deyib. Onun fikrincə, indi Avropada islamçılar yenidən yüksəlişdədir. “Terrorçular bir-birini ruhlandırır. HƏMAS İsrailə hücum etmək üçün İŞİD-dən ilhamlanıb. İndi İŞİD HƏMAS hücumundan yeni ardıcıllar cəlb etmək və üzvlərini səfərbər etmək üçün istifadə edir”, – ekspert izah edib. Lahavın sözlərinə görə, islamçı terror qrupları artıq sosial şəbəkələrdə “səlibçilər” adlandırdıqları yəhudi və xristianlara qarşı üsyana çağırırlar”. “Bu, Fələstin müharibəsi deyil, İslam müharibəsidir”, – ekspert vurğulayıb. O, “Fələstin həmrəyliyi” adı altında bu nümayişlərin təhlükəsini qiymətləndirməmək barədə xəbərdarlıq edib.

//Samir Qurbanov, Editor.az