İsrail Fələstinin müstəqil dövlət kimi yaradılmasını müzakirə etmək niyyətində deyilbackend

İsrail Fələstinin müstəqil dövlət kimi yaradılmasını müzakirə etmək niyyətində deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail bəyan edib ki, onlar Fələstinin müstəqil dövlət kimi yaradılmasını müzakirə etmək niyyətində deyillər. “Fələstin Milli Administrasiyası (PNA) HƏMAS-ın oktyabrın 7-də törətdiyi hücumu pisləyənə qədər Fələstin xalqına hədiyyələr barədə danışmağın vaxtı deyil”.

Editor.az bildirir ki, bunu Baş Nazirin ofisinin mətbuat katibi Avi Xayman bildirib Onun sözlərinə görə, indi yəhudi dövlətinin rəhbərliyi yalnız HƏMAS-ın məğlubiyyəti ilə məşğuldur. Bundan əvvəl ABŞ prezidenti ilə danışıqlar zamanı İsrail baş nazirinin özü də analoji bəyanatla çıxış etmişdi.

“Mən görüşdə Fələstin dövlətinin İsrailə sırıması ilə bağlı son söhbətlərlə bağlı mövqeyimi açıqladım. İsrail fələstinlilərlə daimi nizamlanmaya dair beynəlxalq diktəni qəti şəkildə rədd edir”, – Benyamin Netanyahu demişdi. O, daha sonra vurğulamışdı ki, İsrail hakimiyyəti Fələstin dövlətinin birtərəfli qaydada tanınmasına qarşı çıxmağa davam edəcək.

//Samir Qurbanov, Editor.az