İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilinin şimalındakı Tubas şəhərinə üç zərbə endirib. İsrail ordusunun bəyanatında deyilir ki, zərbələr Hərbi Hava Qüvvələri tərəfindən əsgərlər üçün təhlükə yaradan silahlı yaraqlılara endirilib.
Fələstin mediası beş fələstinlinin öldüyünü və bir nəfərin yaralandığını bildirib. WAFA-nın məlumatına görə, avtomobilin vurulması nəticəsində 5 gənc həlak olub. Daha bir nəfər yaralanıb və reanimasiyadadır. Media ölənlərin və yaralananların hansısa qruplaşmanın üzvü olub-olmadığını dəqiqləşdirmir.
Hücumun şahidlərinin AFP-yə verdiyi məlumata görə, hava qüvvələrinin zərbəsindən sonra çoxlu sayda İsrail əsgəri Tubas əyalətindəki Faraa qaçqın düşərgəsinə basqın edib.
//Samir Qurbanov, Editor.az