İsrail Fələstinlə sülh üçün beynəlxalq təzyiqləri rədd edirbackend

İsrail Fələstinlə sülh üçün beynəlxalq təzyiqləri rədd edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Fələstinlə daimi sülh razılaşması əldə etmək üçün beynəlxalq təzyiqləri rədd edir.

Editor.az “TASS”a istinadla xəbər verir ki, bu açıqlama ilə Yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu çıxış edib.

“Belə bir razılaşma yalnız ilkin şərt olmadan tərəflər arasında birbaşa danışıqlar yolu ilə əldə edilə bilər”, – deyə Netanyahu bildirib.

O qeyd edib ki, İsrail Fələstin dövlətinin birtərəfli qaydada tanınmasına qarşı çıxmaqda davam edir. Netanyahunun sözlərinə görə, bu, görünməmiş terrorizmin mükafatı olacaq və gələcək sülh sazişinin qarşısını alacaq.

//Gülnarə Abasova, Editor.az