Fələstinin HƏMAS hərəkatının liderləri İsrailin Qəzza zolağında “müharibənin sona çatmasında həqiqi maraq göstərdiyi” təqdirdə edə biləcəkləri “potensial güzəştləri” müzakirə edirlər.
Editor.az “The New York Times”ə (NYT) istinadən xəbər verir ki, İsrail xüsusilə Qəzza ilə Misir arasındakı sərhəd xətti olan Filadelfiya dəhlizinə nəzarəti saxlaya bilər. Nəşrin yazdığına görə, İsrail tərəfi dəhlizə nəzarəti müvəqqəti saxlaya bilər, lakin nə qədər müddətə, məlum deyil.
Eyni zamanda, HƏMAS nümayəndələri açıq şəkildə İsrailin əraziyə uzunmüddətli nəzarətini rədd etdilər. HƏMAS hesab edir ki, İsrail ondan tam təslim olmağı tələb edir ki, qrup bununla razılaşmır.
İsrail də daxil olmaqla üç Yaxın Şərq ölkəsinin kəşfiyyat xidmətləri HƏMAS-ın “güzəşt etməyə” hazır olduğunu müəyyən edib, – bu ölkələrin rəsmiləri deyir. Onların fikrincə, dəyişikliklər HƏMAS ilə “yaxın əlaqələri olan” Qətər və Türkiyənin təzyiqi ilə asanlaşdırıla bilər, – NYT yazır.
Xatırladaq ki, noyabrın 26-da İsrail Hərbi-Siyasi Nazirlər Kabineti Livanda atəşkəs planını təsdiqləyib. Plan Livan qüvvələrinin 60 gün ərzində öz ərazilərinə nəzarəti bərpa etmələrini nəzərdə tutur. Noyabrın 27-də AFP HƏMAS-ın İsraillə barışıq bağlamağa hazır olduğunu bildirib.
//Samir Qurbanov, Editor.az