İsrail Fransadan silah alışını dayandırıbbackend

İsrail Fransadan silah alışını dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Nazirliyi Fransadan bütün müdafiə təyinatlı alışları dayandırıb. Buna səbəb kimi Fransa hökumətinin İsrailə məxsus təyyarələrin İran əleyhinə əməliyyatlar üçün nəzərdə tutulan silahları daşımaq məqsədilə öz hava məkanından istifadəsinə icazə verməməsi göstərilir.

Editor.az The Times of Israel-a istinadla xəbər verir ki, məlumatda İsrail Müdafiə Nazirliyinin baş direktoru, general-mayor Amir Baram-ın Fransadan müdafiə sahəsində bütün alışların sıfıra endirilməsi barədə qərar qəbul etdiyi bildirilir. Qeyd olunur ki, bu tədarüklər bundan sonra ya İsrail daxilindən, ya da müttəfiq ölkələrdən həyata keçiriləcək.

Nəşrin mənbəsinin sözlərinə görə, Paris-in bu addımı İsrailin təhlükəsizliyinə və müdafiə sənayesinin əməliyyat imkanlarına mənfi təsir göstərib.

// Gülnarə Abasova, Editor.az