İsrail hakimiyyəti 2000-ə yaxın fələstinli məhbusu azad etdibackend

İsrail hakimiyyəti 2000-ə yaxın fələstinli məhbusu azad etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Associated Press” xəbər verir ki, İsrail hakimiyyəti Qəzza zolağında müharibəyə son qoymaq razılaşmasının bir hissəsi olaraq 1900-dən çox fələstinli məhbusun azad edildiyini açıqlayıb. “The Times of Israel”in məlumatına görə, bunlara ömürlük həbs cəzası almış 250 nəfər də daxildir.

Bundan əvvəl HƏMAS Fələstin hərəkatının 2023-cü il oktyabrın 7-dən saxladığı son 20 canlı girovu azad edib. Qrup həmçinin günün sonuna qədər ölən dörd əsirin cəsədini də İsrailə təhvil verməlidir.

Qeyd edək ki, Qəzza zolağında İsrail və HƏMAS arasında müharibə iki ildən bir qədər çox davam edib. Atəşkəs razılaşması oktyabrın 10-da günortadan sonra qüvvəyə minib.

//Samir Qurbanov, Editor.az