İsrail HƏMAS-dan azad ediləcək girovların siyahısını aldıbackend

İsrail HƏMAS-dan azad ediləcək girovların siyahısını aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza zolağında humanitar atəşkəs İsrailin Fələstin radikal HƏMAS hərəkatının noyabrın 30-da azad edəcəyi girovların siyahısını alması ilə davam edir.

Editor.az xəbər verir ki, bu barədə baş nazir Benyamin Netanyahunun ofisi X sosial şəbəkə hesabında məlumat verib. “Sazişin şərtlərinə cavab verən qadın və uşaqların siyahısı bu yaxınlarda İsrailə ötürülüb, ona görə də atəşkəs davam edəcək”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) bildirmişdi ki, Təl-Əviv və Həmas Qəzza zolağında noyabrın 30-da səhər saat 7 radələrində başa çatan humanitar atəşkəsin uzadılması barədə razılığa gəliblər. Bir müddət sonra HƏMAS bu məlumatı təsdiqləyib. Noyabrın 22-də İsrail və HƏMAS humanitar fasilə və bəzi girovların azad edilməsi barədə razılığa gəlib. Müqavilənin birinci mərhələsində dörd günlük atəşkəs və Qəzzada saxlanılan 50 məhbusun İsrail həbsxanalarında saxlanılan 150 fələstinli məhbusla dəyişdirilməsi nəzərdə tutulurdu. Noyabrın 27-dən girovların azad edilməsi üçün şəraitin təmin edilməsi üçün fasilə daha iki gün uzadılıb.

//Gülnarə Abasova, Editor.az