İsrail HƏMAS-dan azad ediləcək yeni girovların siyahısını alıbbackend

İsrail HƏMAS-dan azad ediləcək yeni girovların siyahısını alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail hakimiyyəti oktyabrın 7-dən Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən Qəzza zolağında saxlanılan və noyabrın 27-də azad ediləcək girovların siyahısını alıb.

Editor.az bu barədə İsrailin Qalei İDF radiostansiyasına istinadən məlumat yayıb. Qeyd olunub ki, siyahılar noyabrın 27-nə keçən gecə İsrail tərəfinə verilib. Nə qədər adamın azad ediləcəyi və onların vətəndaşlıqları barədə məlumat verilməyib.

Xatırladaq ki, noyabrın 22-də İsrail və HƏMAS fasiləyə və bəzi girovların azad edilməsinə razılaşıblar. Razılaşmanın birinci mərhələsi dörd günlük atəşkəs və Qəzzada saxlanılan 50 məhbusun İsrail həbsxanalarında saxlanılan 150 fələstinli məhbusla dəyişdirilməsini nəzərdə tutur. Ola bilər ki, ikinci mərhələdə əlavə adamlar buraxılsın.

Qeyd edək ki, əvvəlki gün Qətərin televiziya kanalı Əl-Cəzirə, HƏMAS-ın 13 israilli və 4 xarici vətəndaşı Qırmızı Xaça təslim etməsindən sonra 39 fələstinli məhbusdan ibarət üçüncü qrupun İsrail tərəfindən azad edildiyini bildirib.

//Gülnarə Abasova, Editor.az