ABŞ prezidenti Cozef Bayden Həmas qruplaşmasının hücumundan sonra İsrailin təhlükəsizliyinə və mövcud olmaq hüququna sarsılmaz dəstəyini bəyan edib.
Editor.az bu barədə CNN-ə istinadən məlumat yayıb.
Bayden yəhudilərin Hanuka bayramı ilə bağlı şərhlərində bildirib ki, HƏMAS-ın hücumundan və Qəzza zolağında baş verən müharibədən sonra İsrail “çətin vəziyyətdədir”.
“İsrailə HƏMAS-dan xilas olana qədər hərbi yardım göstərməyə davam edəcəyik, lakin biz diqqətli olmalıyıq və onlar da diqqətli olmalıdırlar. Bütün dünyanın ictimai rəyi bir gecədə dəyişə bilər, biz buna icazə verə bilmərik”, -deyə Bayden bildirib.
Prezident həmçinin Qəzzada hələ də saxlanılan girovların azad edilməsi və bölgəyə humanitar yardımın çatdırılması istiqamətində administrasiyasının gördüyü işləri alqışlayıb.
//Qasım Məmmədli, Editor.az

