İsrail-HƏMAS danışıqları pozulubbackend

İsrail-HƏMAS danışıqları pozulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstinin HƏMAS hərəkatının nümayəndələri İsraillə son danışıqlarda razılaşmanın hər bir müddəasını rədd ediblər.

Editor.az bildirir ki, bu barədə İsrail rəsmisinə istinadən “The Times of Israel” yazıb. Onun sözlərinə görə, HƏMA həm də sövdələşmənin ilk mərhələsində yaraqlıların azad etmək istədiyi girovların sayını azaldıb.

HƏMAS danışıqlar aparan şəxslərdən tələb edib ki, razılaşmanın birinci mərhələsində bəzi girovların azad edilməsindən sonra İsrail Qəzza zolağında tam atəşkəsə, İsrail qoşunlarının anklavdan çıxarılmasına və fələstinlilərin geri qayıtmasına razılıq versin. Qəzet qeyd edir ki, bu tələblərin heç biri İsrail üçün real deyil.

Nəşrin həmsöhbətinin sözlərinə görə, HƏMAS nümayəndələri də ilk mərhələdə yalnız 20 girovu azad etməyə hazır olduqlarını bildiriblər, bir şərtlə ki, SAXAL altı həftəlik atəşkəs elan etsin. Vasitəçilər əvvəlcə 40 girovu azad etməyi təklif ediblər. CNN-in mənbələrə istinadən verdiyi məlumata görə, HƏMAS nümayəndələri mübadilələrin ilk mərhələsi üçün İsrailin şərtlərinə cavab verən 40 girovu tapa bilməyəcəklərini iddia ediblər: qadınlar, həmçinin yaşlılar və yaralı insanlar.

CNN mənbələri əsirlikdə olan israillilərin çoxunun ölə biləcəyindən və ya yaraqlıların dəqiq harada olduqlarını bilmədiklərindən narahatlığını ifadə edib.

//Samir Qurbanov, Editor.az