İsrail-HƏMAS danışıqlarında irəliləyiş varbackend

İsrail-HƏMAS danışıqlarında irəliləyiş var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə atəşkəs razılaşması məsələsində irəliləyiş olduğunu bildirib. Lakin o, mümkün atəşkəs elanının dəqiq vaxtını açıqlamayıb.

Editor.az bildirir ki, bu barədə HƏMAS hərəkatının rəsmi Telegram kanalında məlumat verilir: “Hərəkat artıq Qətərdəki qardaşlarımıza və beynəlxalq vasitəçilərə cavab verib ki, biz artıq atəşkəs sazişinin bağlanmasına yaxınlaşırıq”, – Haniyə deyib. Danışıqların digər təfərrüatları hələlik açıqlanmayıb.

Qeyd edək ki, noyabrın 18-də Amerikanın “The Washington Post” qəzeti mənbələrə istinadən yazıb ki, İsrail və HƏMAS ABŞ vasitəçiliyi ilə qadın və uşaqların azad edilməsi üçün münaqişənin beş gün müddətinə dayandırılması barədə ilkin razılığa gəliblər.

Bununla belə, Ağ Evin sözçüsü bildirib ki, belə bir saziş hələ bağlanmayıb və onun imzalanma vaxtı barədə danışmaq hələ tezdir. İsrailə görə, HƏMAS 240-250 nəfəri girov saxlaya bilər. Onların əksəriyyəti İsrail vətəndaşları, 35-ə yaxını əcnəbidir.

//Samir Qurbanov, Editor.az