İsrail HƏMAS-ın atəşkəs müqabilində əsir israilliləri azad etməklə bağlı təklifindən imtina edibbackend

İsrail HƏMAS-ın atəşkəs müqabilində əsir israilliləri azad etməklə bağlı təklifindən imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəhudi dövlətinin səlahiyyətliləri HƏMAS radikallarının Qəzzada atəşkəs müqabilində əsir israilliləri azad etmələri ilə bağlı təklifindən imtina edib. “Təfərrüatların çoxu razılaşdırılıb.

Çətin məqam İsrailin daimi atəşkəsə razı olmamasıdır”.

Editor.az bildirir ki, bu barədə danışıqlarda iştirak edən diplomatik mənbələr məlumat verib. Daha əvvəl bildirilmişdi ki, Amerika hakimiyyəti Qətər və Misir rəhbərliyi ilə birlikdə 130-a yaxın HƏMAS-ın girovunu azad etmək üçün razılaşmanı təşviq edir. Bunun müqabilində terrorçular Qəzza zolağında atəşkəs, qoşunların anklavdan çıxarılmasını və xeyli sayda fələstinli məhbusun azad edilməsini tələb edirlər.

Bir gün əvvəl İsrail hökumətinin başçısı bu şərtlərin qəbuledilməz olduğunu bildirmişdi. Onun sözlərinə görə. İsrailin məqsədi HƏMAS-ı tamamilə məhv etmək və daha sonra Qəzzada İsrailin nəzarətini bərqərar etməkdir. “Qəzza silahsızlaşdırılmalı və İsrailin tam təhlükəsizlik nəzarəti altına alınmalıdır.

Mən İsrailin İordan çayının qərbindəki bütün ərazilərə tam təhlükəsizlik nəzarəti ilə bağlı məsələdə güzəştə getməyəcəyəm”- Benyamin Netanyahu deyib. Bu açıqlamadan sonra girovların qohumları baş nazirin Qüdsdəki evinin qarşısında çadırlar qurublar. Onlar girovların azad edilməsi ilə bağlı HƏMAS-la təcili danışıqların aparılmasını tələb edirlər.

//Samir Qurbanov, Editor.az