İsrail HƏMAS-ın gizli tunellərini dağıtdıbackend

İsrail HƏMAS-ın gizli tunellərini dağıtdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri cümə axşamı Qəzza şəhərində Fələstin Meydanının altında yaradılan HƏMAS-ın böyük tunel şəbəkəsini məhv etdiyini açıqlayıb.

Editor.az bildirir ki, bu barədə “The Times of Israel” məlumat verib. Hərbi rəsmilərin bildirdiyinə görə, terror qruplaşması oktyabrın 7-də İsrailin cənubuna hücuma başlayanda HƏMAS-ın yüksək vəzifəli rəsmiləri bu tunellər şəbəkəsində gizləniblər.

Yeraltı şəbəkə HƏMAS-ın yüksək rütbəli rəsmilərinin, o cümlədən terror qruplaşmasının hərbi qanadının lideri Məhəmməd Deif və HƏMAS-ın Qəzza zolağındakı yüksək səviyyəli rəsmisi Yəhya Sinvarın evlərini, ofislərini və sığınacaqlarını birləşdirirdi.

Xəbərdə deyilir ki, SAXAL son günlər tunelləri skan edir və onlardan kəşfiyyat məlumatları alır. Hərbçilər bildiriblər ki, tunellər elit “Yahalom” mühəndis bölməsi və 401-ci Zirehli Briqada tərəfindən məhv edilib. Çərşənbə axşamı SAXAL rəsmiləri mediaya meydan və tunel girişlərinə ekskursiya ediblər.

//Samir Qurbanov, Editor.az