Israil HƏMAS-ın mövqelərini vurdubackend

Israil HƏMAS-ın mövqelərini vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail hərbi hava qüvvələri Qəzza zolağından raket hücumuna cavab olaraq HƏMAS-ın mövqelərinə zərbələr endirib.

Editor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti açıqlama yayıb.

“Qəzza zolağından İsrailə edilən raketə hücumuna cavab olaraq İsrail ordusunun qırıcıları və hücum helikopterləri HƏMAS təlim mərkəzi və inşası davam edən bir zenit raket sistemi üçün nəzərdə tutulmuş post da daxil olmaqla Qəzza zolağında qruplaşmaya aid hərbi hədəflərə zərbələr endirib”,-deyə açıqlamada qeyd olunub.

Daha əvvəl İsrail ordusunun mətbuat xidməti Qəzza zolağından İsrail ərazisinə raket atıldığını bildirmişdi.