Qətər, Misir və ABŞ İsrail və HƏMAS qrupunu Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsi ilə bağlı danışıqları bərpa etməyə çağırıb.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bəyan edib ki, İsrail nümayəndə heyəti avqustun 15-də barışıq danışıqlarına gedəcək.
Ölkələrin birgə bəyanatında deyilir: “Biz tərəfləri hər hansı qalan boşluqları aradan qaldırmaq və gecikmədən sazişin icrasına başlamaq üçün avqustun 15-də Doha və ya Qahirədə təcili olaraq danışıqları bərpa etməyə çağırdıq”. Vasitəçilər tərəfləri mayın sonunda Co Baydenin təklif etdiyi üç fazalı plan əsasında razılığa gəlməyə dəvət edib. Plan hərbi əməliyyatların dayandırılmasını, girovların azad edilməsini və İsrail qüvvələrinin Qəzzadan çıxarılmasını, həmçinin anklavın müharibədən sonra yenidən qurulmasını nəzərdə tutur.
ABŞ və vasitəçilərin təklifinə uyğun olaraq, İsrail avqustun 15-də təfərrüatları yekunlaşdırmaq və çərçivə sazişini həyata keçirmək üçün müəyyən bir yerə danışıqlarçılardan ibarət nümayəndə heyəti göndərəcək.
//Samir Qurbanov, Editor.az