İsrail HƏMAS liderlərini azad etməyə hazırdırbackend

İsrail HƏMAS liderlərini azad etməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail rəhbərliyi bütün məhbusların azad edilməsi müqabilində Fələstin radikallarının liderlərini azad etməyə hazırdır.

Editor.az bildirir ki, bu barədə NBC News-a İsrail rəhbərliyindəki mənbələr məlumat verib.

Qeyd olunur ki, İsrailin fikrincə, qruplaşma liderlərinin getməsi anklavda vəziyyətin dekalizasiyasına imkan verəcək. “İsrail Qəzza zolağındakı radikal Fələstin hərəkatının lideri Yəhya Sinvar və HƏMAS-ın hərbi qanadının rəhbəri Məhəmməd əl-Deyfin anklavı tərk etməsinə icazə verməyə hazırdır”, – mənbələr yazır.

Eyni zamanda, komandirlər anklavı yalnız israilli girovlar azad edildikdən sonra tərk edə biləcəklər, agentliyin həmsöhbətləri aydınlıq gətiriblər.

Yada salaq ki, HƏMAS münaqişənin həlli planında bir gün əvvəl vurğulamışdı ki, bütün girovların azad olması üçün İsrail nəinki anklavdan qoşunlarını çıxarmalı, eyni zamanda humanitar yardımın həcmini artırmalı və həbsxanalardakı terrorçuları azad etməlidir.

//Samir Qurbanov, Editor.az