İsrail HƏMAS təşkilatı tamamilə məhv edilənə qədər döyüşməyə hazırdır. Editor.az bildirir ki, bu barədə İsrailin Moskvadakı səfiri Aleksandr Ben Svi deyib.
O, bəyan edib ki, bu gün İsrailin qarşısında iki əsas məqsəd durur: Fələstin hərəkatının tamamilə aradan qaldırılması və bütün girovların azad edilməsi.
//Samir Qurbanov, Editor.az

