“İsrail-Fələstin müharibəsində məsələ artıq lokallaşıb”.
Bu sözləri Editor.az-a İsrail-Fələstin müharibəsi ilə bağlı şərh verərkən politoloq Fərhad Məmmədov deyib.
Politoloq bildirib ki, ilk zamanlarında digər dövlətlərin müharibəyə qarışması mümkün görünürdü:
“Ancaq hazırda isə hər kəs növbəti mərhələ üçün hazırlıqları görür. Yəni, hazırda İsrail tərəfindən Qəzza zolağında HƏMAS-ın tam məhv edilməsini müşahidə edirik. Növbəti mərhələ üçün isə bu istiqamətdə diplomatik işlər görülür.
Növbəti mərhələ Qəzzanın hansı formada idarə edilməsi olacaq. Burada həm Türkiyənin, həm ABŞ-ın təklifləri var. Eyni zamanda, BMT səviyyəsində hər hansısa qərarların qəbul edilməsi mümkündür. Hər kəs İsrailin Qəzza zolağında HƏMAS-ı tam məhv edənə qədər geri çəkilməcəyi ilə barışıb”.
//Səbinə Hüseynli, Editor.az