ABŞ-ın müdafiə naziri Lloyd Ostin Yaxın Şərqdə vəziyyətin dəyişməsinə tez reaksiya vermək üçün 2000 hərbçinin yüksək hazırlıq vəziyyətinə gətirilməsini əmr edib.
Editor.az-ın əldə etdiyi məlumata görə, bunuı ABŞ Müdafiə Nazirliyi də təsdiqləyib. “Bu gün Cənab Ostin təxminən 2000 personalı və bir sıra bölmələri Pre-Deployment Order vasitəsilə yüksək hazırlıq vəziyyətinə gətirib.
Hazırda hər hansı qüvvələrin tətbiqi ilə bağlı heç bir qərar verilməyib”, – Pentaqonun rəsmi saytında bildirilir. Bundan əvvəl, oktyabrın 16-da Amerika rəsmisi “Fox News”a bildirib ki, cənab Ostin müvafiq əmri aldıqdan sonra 24 saat ərzində qoşunların Yaxın Şərqə yerləşdirilmək üçün hazır vəziyyətə gətirilməsini əmr edib.
Kanalın mənbəsi həmçinin İsrail qüvvələrinə məsləhət və tibbi yardım göstərmək üçün hərbçilərin göndəriləcəyini bildirib. Bu məlumat daha sonra ABŞ Müdafiə Nazirliyinin bəyanatı ilə təsdiqlənib. “The Wall Street Journal”ın məlumatına görə, Yaxın Şərqdə və Avropada yerləşən ABŞ hərbçilərinin bir hissəsi İsrail qüvvələrini dəstəkləmək üçün yerləşdirilə bilər.
//Samir Qurbanov, Editor.az

