İsrail HƏMAS qarşıdurması: “Növbəti hədəf İrandır”-AÇIQLAMAbackend

İsrail HƏMAS qarşıdurması: “Növbəti hədəf İrandır”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“HƏMAS-ın İsrailə qarşı “Əqsa tufanı” əməliyyatı və İsrailin də “Dəmir qılınc” adlı antiterror əməliyyatı Yaxın Şərqdə yeni siyasi nizamın yaradılmasını qarşıya qoyub”.

Bunu Editor.az-a politoloq Məhəmməd Əsədullazadə 7 oktyabrda HƏMAS-ın “İslami-Cihad”la birgə İsrailə qarşı “Əqsa tufanı” əməliyyatına və İsrail ordusunun da “Dəmir qılınc” adı altında antiterror əməliyyatına başladığı ilə bağlı açıqlamaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İran HƏMAS-ı daima silahlandırır, logistik dəstək verir:

“Burada əsas məqsəd isə İsrailin Yaxın Şərqdə İranın mövqeyini zəiflətməsinin qarşısını almaqdır. HƏMAS-ın İsrailə hücumunda birbaşa İranın əli var və rəsmi Tehranla koordinasiyalı şəkildə fəaliyyət göstərir”.

Politoloqun fikrincə, HƏMAS-ın bu hücumundan İsrail kəşfiyyatının xəbəri olub:” Yaxın Şərqdə İranın dəstəklədiyi bu kimi dəstələrə qarşı təmizləmə əməliyyatları aparmaq lazımdır. İsrail də bunun öhdəsindən gələcək. İsrail və Ərəb ölkələri arasında İbrahim sazişi regionda sülh və sabitliyi, İsrail və Ərəb ölkələri arasında əlaqələrin normallaşmasını ehtiva edir. Bunu da İran narahatlıqla qarşılayır. Baş verən bu proseslərin səbəbi də elə odur. Rəsmi Tehran münaqişədə var. Prosesdən sonra da İrana qarşı müəyyən əməliyyatlar da həyata keçirilə bilər”.

//Safura Bənnayeva, Editor.az