İsrail HƏMAS yaraqlılarının gizləndiyi yeraltı tunelləri su ilə doldurmaq imkanını nəzərdən keçirirbackend

İsrail HƏMAS yaraqlılarının gizləndiyi yeraltı tunelləri su ilə doldurmaq imkanını nəzərdən keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail hökuməti Fələstin HƏMAS hərəkatının yaraqlılarının gizləndiyi yeraltı tunellər sistemini su ilə doldurmaq imkanını nəzərdən keçirir.

Editor.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” amerikalı rəsmilərə istinadən məlumat yayıb. Nəşr yazır ki, noyabrın ortalarında İsrail Müdafiə Qüvvələri Əl-Şati qaçqın düşərgəsi yaxınlığında beş nasos stansiyasının quraşdırılmasını başa çatdırıb.

Qəzetin yazdığına görə, bu qurğulardan istifadə etməklə, bir neçə həftəyə Aralıq dənizindən su çəkmək və tunelləri su ilə doldurmaq olar. Mənbələrin bildirdiyinə görə, İsrail hakimiyyəti amerikalı həmkarlarına bu ehtimalla bağlı xəbərdarlıq edib.

Lakin hələlik heç bir qərar verilməyib. Narahatlıqlar tunellərdə yerləşə bilən təhlükəli maddələrin torpağı mümkün çirkləndirməsi ilə bağlıdır. Qəzza zolağında tunel şəbəkəsinin tikintisinə 2010-cu ildə başlanılıb. Onların ümumi uzunluğu 400–500 km, dərinliyi isə 35 m-ə çatır. Noyabr ayında SAXAL Fələstin qrupunun 150-dən çox tunel və digər yeraltı obyektlərinin dağıdılması barədə məlumat vermişdi.

//Samir Qurbanov, Editor.az