İsrail hərbçiləri anklavı tərk etməyənə qədər HƏMAS girovları azad etməyəcəkbackend

İsrail hərbçiləri anklavı tərk etməyənə qədər HƏMAS girovları azad etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS qruplaşmasının xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Meşal bildirib ki, İsrail hərbçiləri anklavı tərk edənə qədər yaraqlılar Qəzza zolağındakı girovları azad etməyəcək.

Editor.az bildirir ki, onun sözlərini ərəb nəşri olan “Al-Quds Al-Arabi” sitat gətirib. Xalid Məşəlin sözlərinə görə, danışıqların bir hissəsi olaraq HƏMAS atəşkəs, qoşunların Qəzza zolağından çıxarılması və köçkün sakinlərin əvvəlki yaşayış yerlərinə qaytarılmasında israrlıdır.

“Hərəkatın rəhbərliyi meydandakı döyüşdən heç də az olmayan şiddətli danışıqlar döyüşü aparır və Allah qoysa, meydanda və danışıqlar döyüşündə onları məğlub edəcəyik”, – deyə Məşəl bildirib.

//Samir Qurbanov, Editor.az