İsrail hərbçilərinin Livanı atəşə tutması zamanı kanadalı ailə həlak olubbackend

İsrail hərbçilərinin Livanı atəşə tutması zamanı kanadalı ailə həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

iki Kanada vətəndaşı Hüseyn və Daad Tabaca İsrail hərbçilərinin Livanı atəşə tutması zamanı həlak olub.

Editor.az bildirir ki, bu barədə Kanadanın CTV News telekanalı xəbər verir. Həlak olanların yaxınları telekanala bildiriblər ki, ər və arvad təxliyyə zamanı avtomobillərinə hücum nəticəsində ölüblər. Sentyabrın 24-də günortadan sonra CBC telekanalı Kanada Xarici İşlər Nazirliyinə istinadən məlumat yaymışdı ki, Livanda atəşə tutulan iki ölkə vətəndaşı həlak olub. Telekanal qurbanların adlarını və onların başına gələnlərin təfərrüatlarını açıqlamayıb.

CTV News-un məlumatına görə, Hüseyn və Daad Tabaca Livanın cənubunda evlərini tərk etmək istəyərkən tıxacda qalıblar. Bu zaman zərbə endirilib. Atışma baş verən yerin yaxınlığındakı xəndəkdə yanmış BVW avtomobili tapılıb. Tabaj cütlüyünün oğlu Kamalın dediyinə görə, cəsədlər yandığından, onların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Gənc oğlan anasının yanmış salondan tapdığı saatın köməyi ilə valideynlərinin ölümünü təsdiqləyib.

//Samir Qurbanov, Editor.az